Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlaşır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
15:00

Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlaşır

23 in, 2025
15:00
426

Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlaşır

Bu ilin sonunda Bakıda Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının keçirilməsi planlaşdırılır.

Bu barədə “Report”a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən bildirilib.

Xatırladaq ki, komissiyanın 7-ci iclası ötən il dekabrın 18-də Tacikistanda keçirilib.

Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda olub.

Nazirlikdən, həmçinin vurğulanıb ki, iki ölkə arasında möhkəm və dinamik ticari-iqtisadi münasibətlər formalaşıb.

"Böyük potensialın olduğu daha əvvəl dövlət başçıları səviyyəsində qeyd edilib. Biz neft-qaz sahəsində, sənayedə, logistikada, həmçinin ekoloji təşəbbüslərin irəli sürülməsində birgə layihələrin həyata keçirilməsində maraqlıyıq. Tacikistan və Azərbaycan iqlim dəyişikliyi məsələləri üzrə əsas təşəbbüskarlardan biridir. BMT-nin beynəlxalq konfransları və COP29-un qlobal gündəliyi çərçivəsində çox yaxşı qarşılıqlı əlaqəmiz var", - nazirlikdən qeyd olunub.

Məlumat yenilənir

Bizimlə əlaqə saxlayın