Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO


Son dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları müşahidə olunur.

DİN-dən Sizinxeber.az-ya verilən məlumata görə, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərir, onların diqqətinin yayınmasına səbəb olur və ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Qeyd olunub ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlərlə qeyd olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar tərtib edilir. Eyni zamanda, bu cür qanunsuz hərəkətləri sosial şəbəkələrdə paylaşan sürücülər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunurlar. Cari il ərzində Sumqayıt şəhərində bu istiqamətdə aparılan tədbirlər nəticəsində 196 belə sürücü barəsində inzibati protokol tərtib edilib. Sürücülərdən bir daha tələb olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən edilmiş tələblərə ciddi əməl etsinlər. Bu istiqamətdə profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Oxşar xəbərlər

Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb
Yol Polisi dumanla əlaqədar sürücülərə müraciət edib
DYP ötmə və manevretmə qaydaları ilə bağlı sürücülərə müraciət edib - VİDEO
Yol polisi yağmurlu hava ilə bağlı müraciət edib
Yol polisi sürücülərə çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər