Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB-1
Bu gün Azərbaycan və Belarus baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.
Nazirlər Kabinetindən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.
İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Belarus münasibətlərinin prioritet sahəsi kimi qiymətləndirilib. Ötən ilin yekunları üzrə qarşılıqlı ticarətin həcmində nəzərəçarpacaq artım müşahidə olunduğunu qeyd edən tərəflər əmtəə dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminliklərini ifadə ediblər.
Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya əməkdaşlığının artırılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb. Hökumətlərarası Komissiyanın həmsədrlərinə bu məsələyə prioritet diqqət yetirmək tapşırılıb.
Səfər çərçivəsində təşkil olunan birgə biznes forum da bu məqsədlərə xidmət edəcək və bu forum çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrə dair bir sıra sazişlərin imzalanması gözlənilir.
İki ölkə prezidentlərinin razılaşmaları və tapşırıqlarının icrası xüsusi vurğulanıb. Xüsusən də məntiqi surətdə başa çatdırılan bir sıra layihələrin uğurla inkişaf etdirilməsindən məmnunluq ifadə olunub.
Sənaye kooperasiyası sahəsində səmərəli əməkdaşlığı qeyd edən tərəflər Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında həm kənd təsərrüfatı, həm də kommunal avadanlıqların yığılması üzrə işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.
Tərəflər ötən ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda yanğınsöndürmə avadanlığının birgə yığılması üzrə məhsuldar əməkdaşlığı alqışlayıblar.
Belarusun Baş nazirinin səfər zamanı tanış olacağı Azərbaycanda birgə lift yığma zavodunun yaradılması layihəsinin uğurla həyata keçirildiyi vurğulanıb.
Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edərək, aqrar məhsulların tədarükünün şaxələndirilməsinə və hər iki tərəfdən artırılmasına qarşılıqlı surətdə hazır olduqlarını bildiriblər.
Bununla bağlı Minskdəki Azərbaycan Ticarət Evinin Azərbaycan məhsullarının Belarus bazarına ixracının genişləndirilməsində rolu qeyd olunub.
Sosial sahədə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi sferasında əməkdaşlığın inkişafı perspektivli sahə kimi qeyd edilib və görüşün yekunlarına dair bu istiqamətdə ikitərəfli sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.
Tərəflər dərman və baytarlıq preparatlarının istehsalı sahəsində uğurlu qarşılıqlı fəaliyyəti alqışlayıblar.
Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Hökumət başçıları qarşılıqlı ənənəvi Mədəniyyət günlərinin keçirilməsinin bərpa edilməsini, elmi, tələbə və gənclər mübadiləsini, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar.
Elmi-texniki təcrübə mübadiləsi yolu ilə texniki peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyi qeyd edilib.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflərin dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində gələcək birgə işə hazır olduqları təsdiq edilib.
Danışıqların yekunlarına dair sosial müdafiə, baytarlıq və sənaye kooperasiyası sahələrində bir sıra sənədlər imzalanıb.
***
saat 14.40
Azərbaycan və Belarus baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.
Bu barədə Sizinxeber.az-nın əməkdaşı xəbər verir.
***
saat 13.31
Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirilir.
Sizinxeber.az xəbər verir ki, Əli Əsədov və Aleksandr Turçinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.
Oxşar xəbərlər
Minskdə Azərbaycan və Belarus baş nazirlərinin görüşü olub, bir sıra sənədlər imzalanıb
Minskdə Azərbaycan və Belarus baş nazirlərinin görüşü olub, Ağdamda bir sıra layihələrin icrası ilə bağlı sənədlər imzalanıb
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb
Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB
Azərbaycan və Belarus arasında iqtisadi sahədə əməkdaşlığın əsas istiqamətləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
