Azərbaycan və Belarus arasında iqtisadi sahədə əməkdaşlığın əsas istiqamətləri açıqlanıb
Azərbaycan və Belarus arasında iqtisadi sahədə əməkdaşlığın əsas istiqamətləri açıqlanıb.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniş tərkibli görüşdə bildirib.
“Biz Belarusla qarşılıqlı faydalı tərəfdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda əməkdaşlığımız bir çox sahələrdə yaxşı templə inkişaf edir. 2024-cü ildə ticarət dövriyyəsi 42% artaraq 506 milyon dollar təşkil edib. Biz qarşılıqlı ticarətin şaxələndirilməsinə və investisiyaların artırılmasına xüsusi diqqət yetiririk. Səfəriniz çərçivəsində təşkil olunacaq birgə biznes forum bu məqsədə xidmət edəcək. Müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrə dair bir sıra sazişlərin imzalanacağı gözlənilir. Prezidentlər konkret layihələrin hazırlanması ilə bağlı tapşırıqlar veriblər. Artıq onların bir neçəsi üzərində aktiv iş aparılır. Sənaye kooperasiyası əməkdaşlığımızın əsas sahəsidir. Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında qarşılıqlı əlaqə xüsusi diqqətə layiqdir. Liftlərin birgə yığılması zavodunun yaradılması layihəsi uğurla həyata keçirilib. Biz kənd təsərrüfatı sahəsində tərəfdaşlığı davamlı şəkildə inkişaf etdiririk. Belarus istehsalçılarının məhsullarına Azərbaycan bazarında böyük tələbat var.
Azərbaycan istehsalçıları da öz məhsullarını Belarus bazarına çıxarırlar. Kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmaq üçün əhəmiyyətli potensial var. Biz bu istiqamətdə işləməyə hazırıq”, - deyə Baş nazir qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Belarus hökumətləri sazişlər və dövlət başçılarının tapşırıqlarıyla əlaqədar birgə səyləri artıracaq
Minskdə Azərbaycan və Belarus baş nazirlərinin görüşü olub, bir sıra sənədlər imzalanıb
Minskdə Azərbaycan və Belarus baş nazirlərinin görüşü olub, Ağdamda bir sıra layihələrin icrası ilə bağlı sənədlər imzalanıb
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb
Bu il Belarusda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













