Polşada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı foto sərginin açılışı olub
Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki Tvardovski meydanında Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı foto sərginin açılışı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, sərginin açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov çıxış ediblər.
Səfir Nərgiz Qurbanova çıxışında Qərbi Azərbaycanın tarixi, Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qalmaları və mədəni irsinin məhv edilməsi haqqında ətraflı məlumat verib.
Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Qaya Məmmədov mədəni irsin ümumbəşəri dəyər olduğunu qeyd edərək, indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin məhv edilməsinə dünya ictimaiyyətinin biganə qalmamalı olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının qayıdışa sülh yolu ilə nail olmağa çalışdığını bildirən Q.Məmmədov dünya dövlətlərini sülh, barışıq və ədalətə xidmət edən bu haqq işinə, eləcə də Qərbi Azərbaycan mədəni irsinin bərpası və qorunmasına dəstək verməyə çağırıb.
Açılışda Polşada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, dini icmalarının nümayəndələri və Azərbaycan diasporu fəalları iştirak edib.
Sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, o cümlədən, tarixi sənədlərin surətləri, Qərbi Azərbaycanın məşhur mədəniyyət xadimlərinin fotoları və yaradıcılıq nümunələrinin təsvirləri, deportasiya səhnələri və dağıdılmış abidələrin fotoşəkilləri nümayiş olunur. Sərgi 28 aprel 2025-ci ilədək davam edəcək.
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi açılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Ələkbərli: Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma sədri: Ermənistan ərazisinə UNESCO-nun missiya göndərməsinə icazə vermir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü qeyd olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












