aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib
sizinxeber.az xəbər saytı

İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib


İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri Ülviyyə Zülfiqar Diaspor Gənclərinin V Yay düşərgəsində iştirak edən gənclərlə İcmada keçirilən görüşdə deyib.

O gənclərə Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verərək, soydaşlarımızın son 200 il ərzində öz tarixi torpaqlarından mərhələlərlə çıxarılması, ötən əsrdə dörd dəfə deportasiya edilmələri, sonuncu 1987-1991-ci il deportasiyası zamanı Ermənistan tərəfindən 300 minə yaxın soydaşımızın öz el-obalarından zorla çıxarıldıqlarını bildirib.

Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisində Qərbi Azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib:

"Bu kimi haqsızlıqlarla bağlı Qərbi Azərbaycan İcması yenidən təşkilatlandığı gündən etibarən sözügedən ədalətsizliklərlə bağlı dünya ictimaiyyətini geniş məlumatlandırmaq istiqamətində intensiv addımlar atıb, ayrı-ayrı subyektlərə məktublar və müraciətlər ünvanlayıb. Bu gün İcmanın məqsədi soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışı istiqamətində fəaliyyət aparmaq və onların hüquqlarını müdafiə etməkdir. Bu məqsədə nail olmaq üçün xaricdə yaşayan soydaşlarımızın, xüsusilə də gənclərin rolu çox böyük əhəmiyyət kəsb edir".

Ülviyyə Zülfiqar gənclərin Qərbi Azərbaycanlıların geri qayıdış hüququ barədə xarici auditoriyanın məlumatlandırılmasında onların böyük töhfə verə biləcəklərini vurğulayıb.

Oxşar xəbərlər

ABŞ-nin Qlobal Siyasət İnstitutunun professoru ilə onlayn vebinar keçirilib
Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü qeyd olunub
Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 illiyi qeyd edilib
Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür
İcma: Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər