Sizinxeber.az » Siyasət » Xarici siyasət » Azərbaycanın qlobal sülhün gücləndirilməsi üzrə diplomatiyası yüksək qiymətləndirilib

Azərbaycanın qlobal sülhün gücləndirilməsi üzrə diplomatiyası yüksək qiymətləndirilib

Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib.

APA COP29 sədrliyininə istinadən xəbər verir ki, bu barədə İqlim və münaqişələrdən əziyyət çəkən ölkələr Şəbəkəsinin ötən ay Əbu-Dabi şəhərində keçirilən ilk Strateji İclasının nəticəsi olaraq dünən qəbul edilən Birgə bəyanatında qeyd olunur.

Bu münasibətlə COP29 sədrliyinin yaydığı rəsmi məlumatda Şəbəkənin bu mühüm mövqe sənədinin qəbulu etməsi ötən il Bakıda keçirilmiş BMT İqlim Konfransında təsis edilmiş platformanın inkişafında vacib addım kimi qiymətləndirilir.

Qeyd olunur ki, Azərbaycanın bu il davam edəcək COP29 Sədrliyinin təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə təşkil edilən Şəbəkənin Strateji iclası, iqlim dəyişiklikləri və münaqişələrə həssas ölkələrin hökumət üzvlərini, beynəlxalq təşkilatları və maliyyə institutlarını bir araya gətirmişdir. Tədbirdə həssas ölkələr üçün iqlim maliyyəsinin təmin edilməsi və milli potensialların gücləndirilməsi istiqamətində konkret addımlar müzakirə edib.

İclasın yekunu olaraq COP29 sədrliyinin dəstəyi ilə davam etmiş əlaqələndirmə işi nəticəsində qəbul edilmiş Şəbəkənin Birgə Bəyanatı və birgə fəaliyyəti üzrə Yol xəritəsi, qrupa daxil olan ölkələrin birgə fəaliyyəti üçün vahid mövqe formalaşdırmaqla yanaşı, konkret layihələrin icrasını də nəzərdə tutur.

Birgə Bəyanatda Azərbaycan hökumətinə, COP29 zamanı irəli sürdüyü “Sülh, yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı”na görə xüsusi təşəkkür ifadə edilmişdir. Eyni zamanda, bu təşəbbüs çərçivəsində yaradılmış Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin, "humanitar yardım, inkişaf, sülh quruculuğu və iqlim sahəsində çalışan tərəfdaşlar arasında əməkdaşlıq üçün unikal mexanizm" olduğu vurğulanır.

COP29-un məlumatında qeyd olunur ki, Azərbaycan Sədrliyi Bakı Mərkəzi ətrafında yaradılmış birgə tərəfdaşlıq platforması vasitəsilə Şəbəkəni dəstəkləməyə, iqlim, münaqişə və humanitar ehtiyaclara həssas ölkələrin milli potensiallarını gücləndirməyə və "Yaşıl Dünya üçün Həmrəylik" prinsipinə əsaslanaraq birgə fəaliyyəti təşviq etməyi bundan sonra da davam edəcəkdir.

Qeyd edilməlidir ki, sözügedən Şəbəkə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ötən il Bakıda keçirilmiş 29-cu Tərəflər Konfransında yaradılmışdır. Həmçinin, həmin konfransda qəbul edilmiş Bakı Sülh Çağırışına əsasən, Bakı Mərkəzinin COP29 Sədrliyinin himayəsi altında Bakı şəhərində yerləşəcəyi qərara alınmışdır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !