Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında 19-dan çox rezident fəaliyyət göstərir
sizinxeber.az xəbər saytı

Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında 19-dan çox rezident fəaliyyət göstərir


Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında artıq 19-dan çox rezident fəaliyyət göstərir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu sənaye parkları region üçün mühüm logistika, sənaye və ticarət mərkəzlərinə çevrilir:

"Onlar yeni iş yerləri yaradır və uzunmüddətli iqtisadi artımı dəstəkləyir. Bununla yanaşı, regionda sürətlə inkişaf edən əsas sahələrdən biri də yaşıl enerjidir. Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən bu ərazi "yaşıl zona" elan olunub və biz bu istiqamətdə mümkün olan bütün imkanlardan istifadə edirik".

Xüsusi nümayəndə qeyd edib ki, hazırda xarici şirkətlərdən biri Cəbrayılda 240 meqavat gücündə Günəş Elektrik Stansiyasına investisiya yatırır.

"Daha iki şirkət isə ümumilikdə təxminən 100 meqavatlıq layihələr həyata keçirir. Beləliklə, regionda böyük həcmdə enerji istehsalı formalaşır və bu enerji bütün Qarabağın təminatı üçün kifayət edir, artıq qalan hissə isə ixrac oluna bilər".

Oxşar xəbərlər

Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən mühüm strateji bağlantıya çevriləcək
Qarabağdakı sənaye parklarında bu il yeni müəssisələr fəaliyyətə başlayacaq
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
Pərviz Şahbazov: "Gələcəyin şəhərləri enerji səmərəliliyi üzərində qurulacaq"
Qaracayeva: Cəbrayıl, Qubadlı və Zəngilan rayonları kompakt logistika modeli üzrə inkişaf edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər