Xüsusi nümayəndə: Keçmiş məcburi köçkünlərin geri qayıdışını dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: Keçmiş məcburi köçkünlərin geri qayıdışını dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub


Bu gün dünya çox sürətlə dəyişir və biz hamımız anlayırıq ki, yeni texnologiyalar həyat standartlarını, imkanları və cəmiyyəti transformasiya edir. Eyni zamanda biz iqlim dəyişikliyi, sosial bərabərsizlik və ekoloji təzyiqlər kimi ciddi qlobal çağırışlarla üz-üzəyik.

APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Vahid Hacıyev qeyd edib ki, hazırda 2022–2026-cı illəri əhatə edən “Böyük Qayıdış Proqramı” həyata keçirilir. Bu proqram çərçivəsində məcburi köçkünlərin geri qayıdışını mümkün qədər dayanıqlı etmək üçün çoxsaylı tədbirlər nəzərdə tutulub: "Əsas prioritetlərdən biri məhz dayanıqlılıq idi. Bu məqsədlə proqram yaşayış evlərinin tikintisini, ərazilərin inkişaf etdirilməsini, avtomobil və dəmir yollarının çəkilməsini, bütün zəruri infrastrukturun qurulmasını və regionda investisiya imkanlarının yaradılmasını əhatə edir.

Məqsədimiz yalnız yaşayış evlərini yenidən qurmaq deyil. Biz təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar yaratmaq istəyirdik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına ləyaqətlə və uzunmüddətli etimadla geri dönə bilsinlər".

Onun sözlərinə görə, artıq həyata keçirilən layihələr sırasında Zəngilanın Ağalı, Məmmədbəyli kəndləri də var və bu layihələr xüsusi əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Vahid Hacıyev WUF13-də Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsindən danışıb
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
Dövlət Komitəsi Ağalı kəndi ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Vahid Hacıyev: Məcburi köçkünlərin qayıdışı üçün genişmiqyaslı yenidənqurma işləri aparılır
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər