Anar Quliyev: "Azərbaycan regionda ən böyük yenidənqurma işlərindən birini həyata keçirir"
Azərbaycan son dövrlərdə regionda ən böyük və ən əhatəli yenidənqurma işlərindən birini həyata keçirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə bildirib.
"Bir zamanlar dağıntılara məruz qalmış ərazilər davamlı, inklüziv və gələcəyə yönəlmiş şəhər və kənd icmalarına çevrilir. Təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 %-i işğal altında qaldı. Bu dövr ərzində yüzlərlə şəhər, qəsəbə və kənd dağıdıldı. Kritik infrastruktur məhv edildi. Mədəni irs abidələri geri dönülməz zərərə məruz qaldı, bir milyondan çox azərbaycanlı evlərindən didərgin düşdü. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra Azərbaycan yenidənqurma, reinteqrasiya və dayanıqlı regional inkişafa yönəlmiş əsaslı şəkildə yeni mərhələyə qədəm qoydu. Həmin ərazilərdəki dağıntıların miqyası misilsiz idi. 900-dən çox yaşayış məntəqəsi zərər görmüşdü və bütün şəhər sistemi fəaliyyətini dayandırmışdı. Bir vaxtlar canlı regional mərkəz olan Ağdam şəhəri işğaldan azad olunmuş ərazilərdəki dağıntıların ən görünən, lakin əlbəttə ki, yeganə olmayan nümunələrindən birinə çevrildi".
Oxşar xəbərlər
Dövlət Komitəsinin sədri: "Ərazilərimiz dünyada minalarla ən çox çirklənmiş bölgələr arasındadır"
Anar Quliyev: "Böyük Qayıdış Dövlət Proqramı mərkəzi strateji çərçivəni təmsil edir"
Anar Quliyev BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində bir sıra görüşlər keçirib
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
