Ekspert: "Milli siyasəti yerli icraat reallıqları ilə əlaqələndirmək lazımdır"
sizinxeber.az xəbər saytı

Ekspert: "Milli siyasəti yerli icraat reallıqları ilə əlaqələndirmək lazımdır"


Milli siyasəti yerli icraat reallıqları ilə əlaqələndirmək lazımdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Böyük Britaniyanın Yaradıcı İnnovasiya Təcrübəsi, Siyasət Laboratoriyasının rəhbəri Lara Kinneir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, digər mühüm məsələ gələcəkdə milli irəliləyiş hesabatlarını daha fəaliyyətə yönəlik formaya necə keçirə biləcəyimiz haqqında idi: "Birincisi, milli irəliləyiş hesabatları həqiqətən milli siyasəti yerli icraat reallıqları ilə əlaqələndirməlidir. Hesabat təkcə nəticələri deyil, həm də imkan yaradan şərtləri bildirməlidir. Söhbət hesabatların daha yaxşı olmasından deyil, onların ortaq bir intellekt sisteminin hissəsi olmasından söhbət gedir. Bizdə çoxlu məlumat var, texnoloji irəliləyişlər var ki, bunları növbəti nəsil hesabat sistemində istifadə edə bilərik".

Qonaq əlavə edib ki, bu sistem fasiləsiz, çevik, rəqəmsal, sübutlarla zəngin, yerli əsaslı, müqayisə edilə bilən və adaptiv olardı: "Müxtəlif ölkələrin öz hesabat və proseslərini müqayisə etməsinə imkan vermək, bəlkə də sağlam rəqabət və insanların bunu ciddiyə alması üçün bir təşviq yaradar. Beləliklə, hesabatınızı təqdim etməli olduğunuz rəsmi anı gözləmək əvəzinə, davamlı qiymətləndirməyə imkan verən rəqəmsal iş mühitləri yaratmaq üçün texnologiyadan həqiqətən istifadə edə bilərik".

Oxşar xəbərlər

UN-Habitat: BMT-yə üzv dövlətlərin 36 %-i Könüllü Milli Hesabat verib
OECD ölkələrində sosial kirayə məqsədli mənzillərin payı açıqlanıb
WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
UN-Habitat: Miqrantlar, nəqliyyat və boş mənzillər milli siyasətlərdə zəif əks olunur
Keniya rəsmisi: Bakıdakı COP konfransları ilə milli icra prosesləri arasında əlaqə yaradılmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər