WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
sizinxeber.az xəbər saytı

WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib


Dünya ictimaiyyəti gələcəyin şəhərlərinin inşası naminə səylərini birləşdirməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bu bəyanatla "TAF Africa Global" (bütün qitədə əlçatan və müasir mənzillərin inşası üzrə ixtisaslaşan, daşınmaz əmlak və tikinti sahəsində aparıcı Afrika şirkəti) şirkətinin baş direktoru Mustafa Nci Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" panel sessiyasında çıxış edib.

"Qlobal Cənubda mənzil böhranının öhdəsindən gəlmək üçün dünya inşaatçılar və investorlar icmasının öz resurslarını və səriştələrini birləşdirməsi son dərəcə vacibdir. Urbanizasiya, infrastruktur çatışmazlığı və iqlim həssaslığı ilə bağlı çağırışlar təkbaşına öhdəsindən gəlinməyəcək qədər böyük miqyaslıdır.

Biz tikinti işlərini birlikdə həyata keçirəndə və dövlət-özəl tərəfdaşlığının Qlobal Cənubda təkcə mövcud olmağa deyil, həm də uğurla inkişaf etməyə qadir olduğunu nümayiş etdirəndə sadəcə şəhərlər yaratmırıq - biz gələcəyi formalaşdırırıq", - M. Nci deyib.

Oxşar xəbərlər

Afrikada mənzil çatışmazlığı 2030-cu ilə qədər 130 milyona çatacaq
WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub
UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir
Ekspert: "Afrikada insanların çoxu evlərini mərhələli şəkildə özləri tikir"
Rossbax Afrika ölkələrini idxal edilmiş şəhərsalma modellərindən imtina etməyə şağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər