Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən mühüm strateji bağlantıya çevriləcək
sizinxeber.az xəbər saytı

Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən mühüm strateji bağlantıya çevriləcək


Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini birləşdirən mühüm strateji bağlantıya çevriləcək.

"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra bu dəhlizin reallaşdırılması istiqamətində genişmiqyaslı işlərə başlanılıb:

"Hazırda dəhlizin avtomobil yolu hissəsinin tikinti mərhələsi yekunlaşır. Eyni zamanda, dəmir yolu xətti də tamamlanmaq üzrədir. Bundan əlavə, Araz çayı üzərində Azərbaycanla İranı birləşdirəcək körpünün tikintisi də başa çatmaqdadır. Beləliklə, bu layihə regional nəqliyyat və logistika inteqrasiyasının mühüm elementinə çevrilir".

Xüsusi nümayəndə bildirib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan verəcək və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq:

"Bununla yanaşı, artıq fəaliyyət göstərən Zəngilan Beynəlxalq Hava Limanı təyyarələri qəbul edir və bu da yük daşımalarının çevikliyini, əlaqəliliyi, eləcə də investorlar və biznes üçün əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Xüsusilə maraqlı məqamlardan biri odur ki, dəhliz tam başa çatmadan belə logistika və sənaye şirkətlərinin böyük marağını müşahidə edirik. Hesab edirik ki, investorlar bu marşrutun strateji əhəmiyyətini və yaradacağı iqtisadi imkanları aydın şəkildə anlayırlar".

XƏBƏR YENİLƏNİR

Oxşar xəbərlər

İlham Əliyev: "Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq"
ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib - FOTO
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər
Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin tarixi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər