Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti Hesabat Konfransı keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, əvvəlcə Dövlət Himni səsləndirilib.
Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qurumun prezidenti Mahir Məmmədov qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb.
Sonra çıxış üçün söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Nazir bildirib ki, Azərbaycan şahmatında böyük nailiyyətlər əldə olunub.
Ardından prosedura uyğun olaraq məlumat verilib ki, Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir. AŞF prezidenti, qurumun İcraiyyə Komitəsinin sədri Mahir Məmmədov 2025-ci ilin yekunlarına dair hesabatla çıxış edib. Azərbaycan şahmatında yaşanan hadisələri əks etdirən videoçarx da təqdim olunub.
AŞF-nin müfəttişi Rauf Hacılı 2025-ci il üzrə büdcə hesabatı ilə çıxış edib. Müzakirədən sonra büdcə hesabatı təsdiq olunub. Eyni zamanda, federasiyanın 2026-cı ildəki büdcəsiylə bağlı məlumat verilib.
AŞF-nin yeni loqosu və yenilənən veb-saytı konfrans iştirakçılarına təqdim edilib.
Federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik eləcə də Qadın və Sosial məsələlər üzrə Komissiyalarının 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.
Sonda AŞF prezidenti Mahir Məmmədov konfrans iştirakçılarına təşəkkürünü bildirib.
Oxşar xəbərlər
“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
Bakıda “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
Mahir Məmmədov: "Göstərilən etimadı doğrultmağa çalışacağam"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
