Nazir müavini: COP29-da Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri təqdim olunacaq
sizinxeber.az xəbər saytı

Nazir müavini: COP29-da Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri təqdim olunacaq


"COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq".

Sizinxeber.az-nın məlumatına görə, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Azərbaycanın dayanıqlı inkişafı naminə: ESG üzrə vahid platformanın və milli standart"ın təqdimatı zamanı söyləyib.

O əlavə edib ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası Azərbaycanın qlobal iqlim fəaliyyətindəki hədəflərini daha da gücləndirir:

"Banklar və digər maliyyə təşkilatı öz korporativ sosial məsuliyyət fəaliyyətini yerinə yetirməklə ekoloji layihələrə kredit ayırdıqları zaman ekologiyanın qorunmasının vacibliyini nəzərə almalıdır. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası Azərbaycanın qlobal iqlim fəaliyyətindəki hədəflərini daha da gücləndirir. Azərbaycan "Yaşıl iqtisadiyyat"a keçidin dəstəklənməsi məsələsində öz liderliyini davam etdirəcək. COP29 Sədrliyinin təqdim etdiyi "Bakı Təşəbbüsü" dialoq və təcrübə platforması olaraq nəzərdə tutulub. COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq. Bu təşəbbüslərin qlobal səviyyədə "yaşıl iqtisadiyyat"a mühüm töhfələr verəcək".

Oxşar xəbərlər

Vüsal Şıxəliyev: 2030-cu illəri nəzərdə tutan strategiyada yaşıl iqtisadiyyat əsas prioritet kimi nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Azərbaycan COP29-dan çox şey gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan şirkətləri COP29-a dəvət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər