SEPAH: Gəmilər Hörmüz boğazına yaxınlaşmamalıdır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

SEPAH: Gəmilər Hörmüz boğazına yaxınlaşmamalıdır - YENİLƏNİB


İsrailin Livana hücumları fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalında məlumat yayılıb.

"İsrailin Livandakı cinayətləri və ABŞ-nin atəşkəsin bərqərar olması ilə bağlı öhdəliklərini pozması ilə əlaqədar olaraq, Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb", - məlumatda bildirilib.

Vurğulanıb ki, Hörmüz boğazı bağlıdır və gəmilər boğaza yaxınlaşmamalıdır: "Əks halda onların təhlükəsizliyi risk altında olacaq".

İranda ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın birinci bəndini yerinə yetirməməsi ilə əlaqədar Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığı bəyan edilib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.

Bu qərar İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq qəbul edilib.

Bəyanatda qeyd olunub ki, bu, "ilk addımdır" və eskalasiya davam edəcəyi təqdirdə sonrakı tədbirlərin görülməsi mümkündür.

Eyni zamanda bildirilib ki, atıla biləcək istənilən sonrakı addım qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.

Oxşar xəbərlər

SEPAH: Hörmüz boğazına hərbi gəmilər yaxınlaşsa, atəşkəs rejimi pozulacaq
SEPAH 25 gəminin Hörmüz boğazından keçidinə icazə verib
İran yenidən Hörmüz boğazını bağlayıb
SEPAH Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib
İran Hörmüz boğazını yenidən bağladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər