Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb
2 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizmininstrateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Misir XİN rəhbəri ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












