Tbilisidə Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib, protokol imzalanıb
2 dekabr 2024-cü il tarixində Tbilisi şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze rəhbərlik edib.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Gürcüstanın Ədliyyə və Daxili İşlər nazirliklərinin rəsmiləri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, humanitar, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Budapeştdə ilk Azərbaycan-Macarıstan konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO - YENİLƏNİB
Samir Şərifov İranın XİN Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib
-
Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO