Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç: "Komandanın mübarizəsi ilə qürur duyuram"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç: "Komandanın mübarizəsi ilə qürur duyuram"


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanan komandası ilə qürur duyur.

Mütəxəssis bu barədə "Report"a açıqlamasında bildirib.

O, Kosovonun paytaxtı Priştinada keçirilmiş turnirin seçmə mərhələsinin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:

"Mənim vurğulamaq istədiyim yeganə məqam oyunçuların sonadək mübarizə aparmalarıdır. Bunu bacardığımız üçün qürur duyuram. Qızlar möhtəşəm oynadılar".

R.Deliç heyətdə itkinin olduğunu və bu səbəbdən yarışda 3 basketbolçu ilə çıxış etdiklərini söyləyib:

"Qələbələr və məğlubiyyətlər idmanın bir hissəsidir. Əvvəlki turnirlərdəki səhvlərdən dərs çıxardıq. Bir daha demək istəyirəm ki, qızlarla qürur duyuram. Bəlkə də bəzi insanlar əvəzetmə olmadan 3x3 basketbolda oynamağın nə qədər çətin olduğunu bilmirlər. Amma biz bunu bacardıq. Avropa Kubokunun əsas mərhələsində də yaxşı çıxış etməyə çalışacağıq".

Xatırladaq ki, Azərbaycan yığması yarışın final oyununda İrlandiya millisinə 21:20 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç: "Növbəti dəfə daha güclü şəkildə geri dönəcəyik"
"Neftçi"nin baş məşqçisi Ratomir Deliç: "Dünya Seriyasında yaxşı çıxış etməyə çalışacağıq"
Ratomir Deliç: "FIBA Çempionlar Kuboku təcrübəsi Azərbaycan millisini daha güclü edəcək"
Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç: "Dünya Kubokunda hər oyuna qələbə üçün çıxacağıq"
Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər