İlham Bayramov: "Naxçıvanda su itkiləri azalır"
Naxçıvan Muxtar Respublikasında suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Şərurda keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, ADSEA aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində su təsərrüfatı obyektlərinin istismar səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir: "Hazırda agentliyin xidmət göstərdiyi ərazilərdə Naxçıvan Muxtar Respublikası üzrə 44 742 hektar suvarılan sahə mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu, ümumilikdə, 1 982 kilometr suvarma şəbəkəsini, 584 hidrotexniki qurğunu, 937 subartezian quyusunu və 107 nasos stansiyasını əhatə edir. Cari ildə də Naxçıvan üzrə suvarma və digər məqsədlər üçün su təminatı davam etdirilir".
İ. Bayramov qeyd edib ki, muxtar respublikada suvarma xidmətlərinin yerində təşkili məqsədilə 2 Su İstifadəçiləri Birliyi fəaliyyət göstərir: "Bu birliklər 16 812 hektar xidməti ərazini əhatə edir və 66 kənd üzrə 8 min 515 su istifadəçisinə xidmət göstərir. 2025-ci ildə Naxçıvan iqtisadi zonasında cari təmir planı çərçivəsində 741 subartezian quyusu, 471 nasos aqreqatı, 632 min kubmetr suvarma kanalı və 178 min kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib".
O qeyd edib ki, su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə məhdudlaşmır: "Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, su xidmətlərinə əlçatanlığın artırılması və istifadəçi məmnunluğunun yüksəldilməsi məqsədilə agentlik tərəfindən rəqəmsal transformasiya layihələri və elektron xidmətlərin tətbiqi genişləndirilir".
Oxşar xəbərlər
ADSEA: "Naxçıvanda 41 min hektar əkin sahəsinin su təminatı gücləndiriləcək"
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Nazir: "Naxçıvanda ötən il 127 milyon manatlıq aqrar məhsul istehsal edilib"
Məcnun Məmmədov: "Naxçıvanın taxıl istehsalında ölkə üzrə payı 1,3 % olub"
Zaur Mikayılov: "Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
