Britaniyalı səyyah: Qarabağdakı dəyişiklikləri xəbərlərdən izləyirdik, yaradılan infrastruktur bizi valeh etdi
“Mən İngiltərədən gəlmişəm. Bu, Azərbaycana ikinci səfərimdir”.
Bunu Sizinxeber.az-ya açıqlamasında İngiltərədən olan səyyah Riçard Ellis deyib.
O söyləyib ki, Azərbaycana ilk dəfə həyat yoldaşı ilə ötən il səfər edib:
“O zaman biz Bakı və ətraf əraziləri gəzə bildik. Bakı qədim memarlıq ənənələrinə malik olan ecazkar bir şəhərdir. Bakıda "Alov qüllələri"nə, eləcə də Qafqaz dağlarına səfər etdik. Hazırda isə qrupumuzla birlikdə Qarabağdayıq. Bu ərazilərə ilk səfərimdir. Qarabağda ildən-ilə baş verən dəyişiklikləri xəbər proqramlarından izləyirdik. Çox gözəl ölkəniz var. Ötən illər ərzində burada yaradılan infrastruktur bizi valeh etdi. Azərbaycanda çəkilən yolları, yaradılan sistemi, ümumiyyətlə, tətbiq olunan yenilikləri çox bəyəndim”.
Xatırladaq ki, bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Fərid Azəri
Elgün Gəncimsoy
Oxşar xəbərlər
Belçikalı səyyah: Azərbaycan hökumətinin Qarabağda apardığı quruculuq işlərini təqdir edirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
