Belçikalı səyyah: Azərbaycan hökumətinin Qarabağda apardığı quruculuq işlərini təqdir edirəm
“İsveçrədə yaşayıram. Buraya “Picky Reels” səyyahlar qrupu ilə birlikdə 33 nəfərlik heyətlə gəlmişik. Qarabağa səfər etməyə dəvət olunduğumuz üçün çox şadıq”.
Bunu APA-ya açıqlamasında “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie deyib.
O söyləyib ki, Qarabağa səfərlərində əsas məqsəd Ermənistanın uzun müddətlik işğalından sonra Azərbaycanın burada apardığı yenidənqurma işləri ilə tanış olmaqdır:
“Bu gün biz Şuşaya səfər etdik. Mən həmin şəhərə ilk dəfə 2022-ci ildə getmişdim. Hazırda Şuşada tikinti işləri davam edir. Şuşadan sonra biz Ağdama getdik. Bu şəhər də 2022-ci ildən sonra əhəmiyyətli dərəcədə dəyişib. Mən burada turistlər üçün inşa olunan mərkəzlə də tanış oldum. Müşahidə etdim ki, ötən dəfəki gəlişimizdən sonra burada xeyli bərpa işləri aparılıb. Füzuli şəhərində yeni inşa olunan evləri gördüm. Bu məqamda məcburi köçkünlərin öz evlərinə qayıtmağı üçün Azərbaycan hökumətinin gördüyü işləri təqdir edirəm”.
Fərid Azəri
Elgün Gəncimsoy
Oxşar xəbərlər
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici səyyahlar Şuşaya səfər ediblər - YENİLƏNİB 1 - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici səyyahlar Ağdama səfər ediblər - YENİLƏNİB 2 - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












