Politoloq: Azərbaycan və Rusiya liderlərinin görüşü müsbət nəticələr verəcək
Azərbaycan və Rusiya dövlət başçılarının görüşü müsbət nəticələr verəcək, ən əsası Bakı ilə Moskvanın güclü müttəfiq olduğunu bütün dünyaya göstərəcək.
Bunu “Sizinxeber.az”un Rusiya bürosuna açıqlamasında politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə mübnasibət bildirərkən deyib.
“İndi Azərbaycan-Rusiya münasibətlərində əlverişli dövr müşahidə olunur. Tərəflər bu əlaqələri hərtərəfli inkişaf etdirməyə hazırdırlar. Bu görüşlər Rusiya və Azərbaycan liderlərinə bir çox aktual problemləri həll etməyə kömək edəcək. Bunlar təkcə ikitərəfli münasibətlərlə bağlı məsələlər deyil, həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləridir. Biz Ermənistanın indi Qərblə əməkdaşlıq etmək üçün hansı addımlar atdığını görürük və bu, hər kəsi narahat edir”, - o bildirib.
D.Qrevtsova vurğulayıb ki, Rusiya vasitəçi olmaq və Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması və normallaşması prosesində mümkün qədər iştirak etmək istəyir: “Rusiya sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyir, çünki Cənubi Qafqazda sabitlik Kremlin maraqlarına uyğundur”.
Oxşar xəbərlər
Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan və Rusiya prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Korotçenko: Azərbaycan müasir beynəlxalq siyasətin trendlərini müəyyən edən ölkələr sırasındadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
