Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
19 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, təhsil, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığının, bu il və gələn il ölkəmizdə keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sammitinin və İslam Əməkdaşlıq Təşkilatı sammitinin əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətini məmnunluqla qeyd ediblər.
Görüş zamanı postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzaya Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Ahmad Kamrizamil Bin Mohd Rza ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, Azərbaycan ilə Malayziya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüş zamanı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib
İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Azərbaycan və Malayziya arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO
Azərbaycan və Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
