İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
ABŞ və İran arasında yekun sazişin hazırlanması üzrə danışıqların növbəti mərhələsi üçün İsveçrədə nəzərdə tutulan görüş başqa tarixə təxirə salınıb.
Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında danışıqların növbəti mərhələsi ilə bağlı vasitəçilər yolu ilə zəruri məsləhətləşmələrin davam etdiyini bildirib.
Bəqai qeyd edib ki, danışıqlara başlamaq üçün lazımi şərait formalaşdığı təqdirdə, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
O xatırladıb ki, razılaşmanın mətninə əsasən yekun saziş üzrə danışıqların başlanması memorandumun 1, 4, 5, 10 və 11-ci bəndlərinin icrasına başlanılmasından və həmin müddəaların icrasının davam etdirilməsindən asılıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İsveçrədə keçirilməsi planlaşdırılan, lakin ləğv edilən görüşün əsas məqsədlərindən biri müharibənin başa çatmasına dair memorandumun imzalanması olub və imzalanma mərasimi çərçivəsində yekun saziş üzrə danışıqların təşkili məsələlərinin də müzakirəsi nəzərdə tutulub.
Bəqai əlavə edib ki, memorandum iyunun 18-də səhər saatlarında rəqəmsal formatda imzalandığından İsveçrədə nəzərdə tutulan görüşün keçirilməsi təcili xarakter daşımır.
Onun sözlərinə görə, yaxın günlərdə yeni görüşün keçirilməsi istiqamətində hazırlıq işləri aparılır.
Oxşar xəbərlər
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb
İran XİN: Tehran və Vaşinqton 14 bəndlik təklif üzərində müzakirələri davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
