Makron Trampla bağlı insudenti Meloni ilə müzakirə etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Makron Trampla bağlı insudenti Meloni ilə müzakirə etmək niyyətindədir


Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni arasında gərginliyin yenidən artmasından təəccübləndiyini bildirib.

"Report" xəbər verir ki, bunu Fransa Prezidenti İtaliyanın ANSA agentliyinin sualına cavab olaraq bildirib.

Fransa Prezidenti əlavə edib ki, iyunun 25-də Antibdə keçiriləcək hökumətlərarası sammitdə Meloni ilə görüşəcək və sözügedən hadisəni müzakirə edəcək.

Qeyd edək ki, Tramp "La7" telekanalına qısa müsahibəsində İtaliyanın Baş naziri Meloninin Fransada keçirilən G7 sammitində onunla şəkil çəkdirmək üçün ona "yalvardığını" bildirib.

Meloni isə Trampı yalan danışmaqda ittiham edib və bu cür davranışdan məyus olduğunu vurğulayıb. Həmçinin İtaliyanın XİN rəhbəri Antonio Tayani iyunun 21-22-nə planlaşdırılan ABŞ-yə səfərini ləğv etdiyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl də ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni arasında beynəlxalq məsələlər üzrə, o cümlədən Roma Papası XIV Leonun ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına dair açıqlamalarının qiymətləndirilməsindəki ziddiyyətlər fonunda fikir ayrılıqları yaranmışdı.

Oxşar xəbərlər

Tramp Makron və Meloni ilə telefon danışığı aparıb
CNN: Tramp Makron və Meloni ilə telefonla danışıb
Tayani Trampın Meloni haqqında bəyanatlarından sonra ABŞ-yə səfərini ləğv edib
KİV: Starmer Tramp, Makron, Merts və Meloni ilə Ukraynanı müzakirə edib
Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər