İrakli Kobaxidze: Orta Dəhliz üzrə səylərin gücləndirilməsi və əlavə yüklərin cəlb edilməsi vacibdir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşdə Orta Dəhliz üzrə səylərin gücləndirilməsinin və marşruta əlavə yüklərin cəlb edilməsinin vacibliyini bildirib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə İ.Kobaxidze Tacikistan Prezidenti ilə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını ətraflı müzakirə ediblər.
İ.Kobaxidze bildirib ki, tərəflərin razılığı əsasında iqtisadi məsələlər üzrə hökumətlərarası komissiya yaradılıb və əməkdaşlığın bütün istiqamətlərdə inkişafı bu platforma çərçivəsində təmin olunacaq.
Gürcüstanın Baş naziri görüşdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivlərinin də müzakirə olunduğunu qeyd edərək, Orta Dəhlizin strateji əhəmiyyətinin xüsusi vurğulandığını deyib.
"Bu istiqamətdə səylərin gücləndirilməsinin və əlavə yüklərin cəlb edilməsinin vacibliyini qeyd etdik", – o vurğulayıb.
Oxşar xəbərlər
Kobaxidze: Bakıda Orta Dəhliz təşəbbüsü çərçivəsində əlaqələrin inkişafı müzakirə olunub
İrakli Kobaxidze İlham Əliyevlə görüşə gəlib
Gürcüstan Baş naziri və Türkmənistan Prezidenti Orta Dəhlizin inkişafını müzakirə ediblər
Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
İrakli Kobaxidze Ermənistan Prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
