Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini 31 %-ə yaxın artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini 31 %-ə yaxın artırıb


Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 112,116 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

"Sizinxeber.az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 18,016 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,9 % azdır.

5 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 6,1 % artaraq 7,472 milyard ABŞ dollarına, may ayında isə 11,3 % azalaraq 1,483 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 742,187 milyon dolları (1 il əvvələ nisbətən 6,7 % çox), Almaniya 561,416 milyon ABŞ dolları (0,4 % çox) və ABŞ 559,616 milyon ABŞ dolları (38,8 % çox) dəyərində həyata keçirib.

Oxşar xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalı xərcini 53 %-ə yaxın artırıb
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxal xərcini 23 % artırıb
Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalı xərcini 12 %-ə yaxın azaldıb
Azərbaycan Türkiyədən metal idxalı xərcini 13 % artırıb
Azərbaycan Türkiyədən mədən sənayesi məhsulları idxalına xərcini 13 %-dən çox azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər