AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar
sizinxeber.az xəbər saytı

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar


Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev və federasiyanın vitse-prezidenti Namiq Abdullayev regionlarda güləşin inkişafı istiqamətində görülən işlər çərçivəsində Lənkəran və Astara rayonlarına səfər ediblər.

Bu barədə "Sizinxeber.az"a AGF-dən məlumat verilib.

Səfər zamanı Lənkəranda və Astarada güləş zallarına baxış keçirilib, zalların maddi-texniki bazası və məşq prosesi ilə yaxından tanış olunub. Federasiya rəsmiləri məşqçilərlə mövcud problemlər və gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar.

Görüşlərdə idmançıların hazırlıq şəraitinin daha da yaxşılaşdırılması, güləş zallarının zəruri inventarla, o cümlədən güləş xalçalarıyla təmin olunması, yeni məşq məkanlarının yaradılması, eləcə də regionlarda güləşin inkişafına dəstək göstərə biləcək sponsorların cəlb edilməsi məsələləri geniş müzakirə olunub. Məşqçilər tərəfindən səsləndirilən təklif və təşəbbüslər diqqətlə dinlənilib, mövcud ehtiyacların mərhələli şəkildə həlli istiqamətində fikir mübadiləsi aparılıb.

AGF bölgələrdə güləşin inkişafı, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və məşq prosesinin keyfiyyətinin artırılması məqsədilə regionlarda infrastruktur layihələrinin icrasına davam edəcək.

Oxşar xəbərlər

Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb
Azərbaycan Güləş Federasiyasının nümayəndələri Astarada olublar
Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar
Güləş Federasiyasının rəsmiləri Qəbələyə səfər ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər