"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
Şəki şəhərində iyunun 19-da "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, yarışın təşkilatçısı Təbriz İdrisov və Vahid Mustafayev çıxış edərək iştirakçıları salamlayıb, festivalın əhəmiyyətindən və Azərbaycanın şahmat ənənələrindən bəhs ediblər.
Fəxri qonaqlar sırasında Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov da yer alıb.
Daha sonra festivalın baş hakimi, beynəlxalq hakim Şaiq Quliyev yarışın qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.
Festivalda Azərbaycanla yanaşı Macarıstan, Hindistan, İsrail, Qazaxıstan, Çin, İran, Türkiyə, Ukrayna və FIDE bayrağı altında çıxış edən şahmatçılar olmaqla 9 ölkədən 400-dən çox iştirakçı mübarizə aparır.
Beynəlxalq reytinq hesablamalı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarış iştirakçıları A, B və C qruplarında, həmçinin rapid və blits turnirlərində gücünü sınayacaq.
Turnirin reytinq favoriti Macarıstan təmsilçisi, beynəlxalq qrossmeyster Sanan Sjugirovdur (2556).
Festival peşəkar şahmatçılarla yanaşı, gənc istedadların inkişafı üçün mühüm platforma hesab olunur. Yarışda beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FIDE ustaları və müxtəlif yaş kateqoriyalarında çıxış edən perspektivli şahmatçılar iştirak edirlər.
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalı iyunun 25-dək davam edəcək.
Oxşar xəbərlər
“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
"Baku Open" Beynəlxalq Şahmat Festivalının son turu start götürüb
"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb
"Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
