Pakistan və İranın XİN başçıları regional məsələləri müzakirə ediblər
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında baş tutan telefon danışığında regional məsələlər müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yerləşdirilib.
Bildirlib ki, İ.Dar İran rəhbərliyini, hökumətini və xalqını İran ilə ABŞ arasında tarixi əhəmiyyət daşıyan "İslamabad Anlaşma Memorandumu"nun imzalanması münasibətilə təbrik edib. O, həmçinin danışıqların növbəti mərhələsinin başlanması ilə bağlı xoş arzularını çatdıraraq, prosesin maneəsiz davam edəcəyinə və müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.
A.Əraqçi öz növbəsində Pakistanın konstruktiv və ardıcıl vasitəçilik səylərinə görə təşəkkürünü ifadə edib.
İranın XİN rəhbəri Pakistan tərəfinə, o cümlədən Böyük Britaniya tərəfindən dənizdə xilas edilən 8 balıqçı və ABŞ tərəfindən saxlanılmış 22 ekipaj üzvü daxil olmaqla, ümumilikdə 30 İran vətəndaşının vətənə qaytarılması prosesinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Hazırda həmin şəxslərin tranzit keçidi Pakistanın koordinasiyası ilə həyata keçirilir.
Söhbətin yekununda tərəflər qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb, bundan sonra da sıx təmasda qalmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.
Oxşar xəbərlər
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
İran və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə edib
İshaq Dar və Van İ İranla ABŞ arasında dialoqun qurulması səylərini müzakirə ediblər
Fidan ABŞ, Pakistan və İran nümayəndələri ilə Tehranla danışıqları müzakirə edib
Azərbaycan və Pakistan XİN başçıları ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
