Konqoda Ebola təhlükəsi fonunda baş verən çoxsaylı ölüm faktları araşdırılır
sizinxeber.az xəbər saytı

Konqoda Ebola təhlükəsi fonunda baş verən çoxsaylı ölüm faktları araşdırılır


Konqonun şimal-şərqindəki Kiqonze məcburi köçkünlər düşərgəsində may ayının əvvəlindən bəri azı 30 nəfər ölüb, hakimiyyət orqanları Ebola virusunun mümkün yayılmasından ehtiyat edirlər.

"Sizinxeber.az" "Reuters"ə istinadən məlumatına görə, düşərgənin və humanitar təşkilatların nümayəndələri sakinlər arasında misli görünməmiş ölüm səviyyəsinin olduğnun bildiriblər.

Onların məlumatına görə, ölənlərdə yüksək hərarət, baş ağrısı və qusma da daxil olmaqla, Ebola virusina xas olan simptomlar müşahidə edilib. Lakin ölümün səbəblərini hələlik təsdiqləmək mümkün olmayıb, çünki xəstələr və onların qohumları son vaxtlara qədər test verməkdən imtina edirdilər.

"Əvvəllər insanlar səbəbsiz yerə ölmürdülər", - düşərgənin mətbuat katibi Dezire Qrodya Bapi deyib.

Kiqonze düşərgəsi ölkədə Ebola epidemiyasının episentri hesab edilən Bunia şəhərində yerləşir. Virusun Konqonun şərqindəki 5 milyondan çox məcburi köçkün arasında yayılma ehtimalı faktı da narahatlıq doğurur.

Oxşar xəbərlər

Konqoda Ebola virusundan ölənlərin sayı 86-ya çatıb
Konqoda Ebola epidemiyasının yeni dalğası qeydə alınıb
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib
Afrikada Ebola həyəcanı: 65 nəfər öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər