İcraçı direktor: Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə  töhfə verəcək
sizinxeber.az xəbər saytı

İcraçı direktor: Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək


Son beş ay ərzində Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq çərçivəsində Bakı Təşəbbüs Qrupu transmilli repressiyalar, Hindistanda etnik azlıqlara qarşı ayrı-seçkilik, insan hüquqlarının müdafiəsi, habelə beynəlxalq təşkilatların, yerli xalqların, etnik azlıqların və ümumilikdə insan hüquqları kimi mühüm mövzulara həsr olunmuş iki beynəlxalq konfransı uğurla təşkil edib.

Sizinxeber.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Hindistan hökumətinin etnik azlıqlaraqarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

“Bundan əlavə, biz birgə hesabat hazırlayıb nəşr etmişik və həmin hesabat BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası zamanı Cenevrədə təqdim olunub. Mən qəti şəkildə inanıram ki, Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının və insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək”, - Abbas Abbasov qeyd edib.

Oxşar xəbərlər

Abbas Abbasov: Zikh Federasiyası ilə əməkdaşlıq Hindistanda etnik azlıqların müdafiəsinə töhfə verəcək
Bakıda BTQ-nin Hindistanda etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş konfransı keçirilir
Beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi kompleksinə səfər ediblər
Beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi kompleksinə səfər ediblər - FOTO
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu 35-dən çox beynəlxalq tədbir keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər