Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
Unibank UCard kart məhsulunu yeni və daha sərfəli şərtlərlə təqdim edir. Yeni şərtlərə əsasən, UCard üzrə kredit xətti 30 000 manatadək artırılıb, güzəşt müddəti isə 72 günədək uzadılıb.
Yenilənmiş UCard kredit kartı müştərilərə gündəlik xərclərini daha rahat idarə etmək və maliyyə vəsaitlərindən daha çevik istifadə etmək imkanı yaradır. Cari ay ərzində istifadə edilən məbləğ üzrə borcu faiz hesablanmadan ödəmək üçün kart sahiblərinə 72 günədək vaxt verilir.
UCard istifadəçiləri üçün digər üstünlüklərdən biri də geniş taksit imkanlarıdır. Kart sahibləri 100-dən çox partnyor şəbəkəsində indi 24 ayadək taksitlə alış-veriş edə bilərlər. Partnyorların siyahısı və kampaniya şərtləri ilə “Unibank”ın rəsmi saytının “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.
Kredit kartından daha rahat və effektiv istifadə üçün müştərilər UBank mobil tətbiqindən yararlana bilərlər. Tətbiq vasitəsilə kredit limiti, istifadə olunmuş məbləğ, minimal ödəniş, ödəniş tarixləri və taksit ödənişləri barədə məlumatları operativ izləmək mümkündür.
Yenilənmiş UCard haqqında ətraflı məlumatı “Unibank”ın rəsmi saytından (https://unibank.az/az/cards/view/1998/ucard) və bankın xidmət şəbəkəsindən əldə etmək olar.
Unibank- Sənin Bankın!
Oxşar xəbərlər
Pulunu Unibank kartında saxla, 7% gəlir qazan!
Unibank 0% komissiyalı kredit kampaniyası keçirir
“Unibank”ın 9,5 %-lik kredit kampaniyası davam edir
Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!
Sərfəli krediti haradan götürmək olar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
