"Tottenhem"də çıxış edən qanalı futbolçu Məhəmməd Kudus dünya çempionatını buraxacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
11:30
0
0
1 201
ff aaaaaaa

"Tottenhem"də çıxış edən qanalı futbolçu Məhəmməd Kudus dünya çempionatını buraxacaq

27 may, 2026
11:30
1 201

"Tottenhem"də çıxış edən qanalı futbolçu Məhəmməd Kudus dünya çempionatını buraxacaq

İngiltərənin "Tottenhem" klubunda çıxış edən Qana millisinin futbolçusu Məhəmməd Kudus bu il keçiriləcək dünya çempionatını buraxacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna 25 yaşlı vingerin zədəsinin sağalmaması səbəb olub.

Afrikalı oyunçu yanvarın 4-də Premyer Liqanın XX turunda "Sanderland"la matçda (1:1) xəsarət almışdı. Onun zədəsi apreldə yenidən təkrarlanıb.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Qana millisi L qrupunda İngiltərə, Xorvatiya və Panama ilə qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul