Beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi kompleksinə səfər ediblər - FOTO
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi kompleksinə səfər ediblər.
APA xəbər verir ki, qonaqlara XVII–XVIII əsrlərdə Hindistandan gələn siqh tacirləri və zəvvarlarının, siqhizmin banisi Guru Nanakın səfər zamanı ziyarət etdiyi və dini ayinlər yerinə yetirdiyi məbədin zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat təqdim olunub.
Qonaqlardan biri Sulkit Sinqh 1984-cü ilin iyun ayında Amritsardakı məbədə edilən hücumun həmin ilin ən mühüm hadisələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, hadisə dünya ictimaiyyətinin diqqətini cəlb edib və bir çox insan hüquqları təşkilatları tərəfindən qınanıb.
Sinqh bildirib ki, hücum zamanı çoxlu sayda günahsız insan həyatını itirib. O vurğulayıb ki, əməliyyat tanklar, ağır silahlı helikopterlər və xüsusi təyinatlı hərbi qüvvələrin iştirakı ilə həyata keçirilib və nəticədə 10 mindən çox insan həlak olub.
Kanada Siqhlərinin lideri Moninder Singh isə çıxışında 1984-cü ilin iyun hadisələrinə toxunaraq Hindistan ordusunun Amritsardakı Darbar Sahib (Qızıl Məbəd) kompleksində keçirdiyi əməliyyatı xatırladaraq, həmin hadisələrin Siqh icmasının siyasi və milli özünüdərkinə ciddi təsir göstərdiyini deyib.
Moninder Sinqh Bakıda keçirilən görüşləri və konfransları da yüksək qiymətləndirərək, media nümayəndələri, akademiklər və siyasətçilərlə aparılan müzakirələrin Siqh məsələlərinin beynəlxalq səviyyədə daha geniş müzakirəsinə imkan yaratdığını vurğulayıb.
Qeyd edək ki, “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans sabah keçiriləcək.
Oxşar xəbərlər
Beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi kompleksinə səfər ediblər
Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırında olub
Bakıda keçirilən konfransın əcnəbi iştirakçıları Xudavəng monastırında olub
“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb
Xarici media nümayəndələri üçün Bakının bəzi məkanlarına mediatur təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğularaq ölüb
