Kolumbiyada prezident seçkiləri keçirilir
sizinxeber.az xəbər saytı

Kolumbiyada prezident seçkiləri keçirilir


Kolumbiyada prezident seçkiləri başlayıb, seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə dünən saat 17:00) açılıb və saat 16:00-a qədər (1 iyun Bakı vaxtı ilə saat 01:00) açıq qalacaq.

"Report"un məlumatına görə, ən yüksək dövlət vəzifəsi uğrunda 11 namizəd mübarizə aparır.

Son sorğulara əsasən, seçki marafonunun liderləri arasında hakim solçu "Tarixi pakt" Partiyasının namizədi İvan Sepeda, ifrat sağçı iş adamı Abelardo de la Espriella və mərkəz-sağçı "Demokratik Mərkəz" partiyasının nümayəndəsi Paloma Valensiya da var.

Birinci turda qalib gəlmək üçün namizəd səslərin 50 %-dən çoxunu toplamalıdır. Əks halda, 21 iyunda ikinci tur keçiriləcək.

2022-ci ildə vəzifəsinin icrasına başlayan hazırkı Prezident Qustavo Petro konstitusiyanın yenidən seçilmək qadağasına görə ikinci müddətə namizədliyini irəli sürə bilməz.

Oxşar xəbərlər

Kolumbiyanın sağçı prezidentliyə namizədi sorğuda liderlik edir
MKİ Kolumbiyada prezidentliyə namizədə sui-qəsd planı barədə məlumat alıb
Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb
Ekvadorda prezident və parlament seçkiləri keçirilir
Polşada prezident seçkilərinin birinci turu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər