“Tasnim”: ABŞ-la İran arasında hələlik heç bir razılaşma imzalanmayıb
“Tasnim” agentliyi ABŞ prezidenti Donald Trampın dəniz blokadasının aradan qaldırılması ilə bağlı açıqlamalarına ehtiyatla yanaşılmalı olduğunu yazıb.
APA-nın Tehran bürosunun məlumatına görə, “Tasnim” razılaşmanın imzalanması və İranın dəniz blokadasının götürülməsi ilə bağlı yayılan ehtimallara dair xəbərində bildirib ki, bu vaxta qədər İran və ABŞ arasında yekun razılaşma əldə olunmayıb.
Agentlik onu da qeyd edib ki, Trampın paylaşımı onun adətən bir tərəfli və özünü tərifləyici mövqe sərgiləməsi ilə eyni xətdə qiymətləndirilməlidir.
Məqalədə qeyd olunub ki, əgər bu, doğrudan da praktikada həyata keçirilərsə, o zaman yalnız atəşkəsin pozulması hallarından birinin dayandırılması anlamına gələcək. Çünki blokada ümumiyyətlə yaradılmamalı idi.
Mənbə həmçinin Tramp və ABŞ mediasının nüvə məsələsi ilə bağlı iddialarını əsassız adlandırıb. Bildirilib ki, bu mərhələdə nüvə proqramının detalları müzakirə olunmur.
ABŞ prezidentinin İranın dondurulmuş aktivlərinin ödənilməməsi ilə bağlı israrı isə Tehran tərəfinin Vaşinqtonun ciddi niyyətinə dair şübhələrini daha da gücləndirir.
İran dəfələrlə bəyan edib ki, hər hansı ilkin anlaşmadan əvvəl dondurulmuş aktivlərin statusu müəyyən edilməlidir.
Oxşar xəbərlər
“Tasnim”: ABŞ və İran arasında mümkün razılaşma 14 bənddən ibarət olacaq
KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq
Tramp: İran razılaşma əldə etmək istəyir
İran ABŞ-a görə İsveçrəyə etiraz notası verib
Tramp İranla atəşkəsin uzadılma ehtimalının çox az olduğunu hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
