Azərbaycan-Bolqarıstan enerji marşrutu üzrə texniki-iqtisadi əsaslandırması prosesi başlayır
sizinxeber.az xəbər saytı

Azərbaycan-Bolqarıstan enerji marşrutu üzrə texniki-iqtisadi əsaslandırması prosesi başlayır


"Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi"nin yaradılması təşəbbüsünün iştirakçıları bu il sözügedən layihənin ilkin texniki-iqtisadi əsaslandırmasına başlamağı planlaşdırırlar.

"Report" Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın energetika nazirinin müavini Kiril Temelkov Bakı Enerji Həftəsi çərçivəsində bildirib.

Onun sözlərinə görə, hələ 2024-cü ildə Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyev və Rumen Radev tərəfindən irəli sürülmüş layihə iki region arasında bərpa olunan elektrik enerjisinin ötürülməsi və ticarəti imkanlarını genişləndirəcək.

"Biz layihənin həyata keçirilməsi üzərində intensiv işləyirik və Azərbaycan, Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımızla birlikdə bu il ilkin texniki-iqtisadi əsaslandırmaya başlamağı planlaşdırırıq", - o bildirib.

K.Temelkov, həmçinin Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalovla görüşündə bu layihənin icrasını müzakirə edib: "Tərəflər "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" enerji dəhlizinin həyata keçirilməsində növbəti addımlara: layihə marşrutu boyunca yerləşən dörd ölkə arasında hökumətlərarası sazişin irəli sürülməsinə və onun icrası üçün yol xəritəsinin işlənib hazırlanmasına sadiq qaldıqlarını təsdiqləyiblər".

Xatırladaq ki, 2025-ci ilin aprelində adıçəkilən 4 ölkənin energetika nazirləri "yaşıl enerji" sahəsində əməkdaşlığa dair memorandum imzalayaraq "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" enerji dəhlizinin yaradılması layihəsinə start veriblər.

Oxşar xəbərlər

Bolqarıstan Azərbaycanla qaz sahəsində əməkdaşlıqdan elektrik enerjisi layihələrinə keçir - EKSKLÜZİV
Sofiyada Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan enerji dəhlizi üzrə texniki işlərə start verilir
Bolqarıstan rəsmisi: "Əsas hədəfimiz bərpa olunan enerjinin birbaşa təchizatı üçün əlaqə qurmaqdır"
Bolqarıstanın illik qaz istehlakının 60 %-dən çoxu Azərbaycanın payına düşür
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji dəhlizi" layihəsinə dair Memorandumun mətnini razılaşdırıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər