Bakıda BTQ-nin Hindistanda etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş konfransı keçirilir
sizinxeber.az xəbər saytı

Bakıda BTQ-nin Hindistanda etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş konfransı keçirilir


Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.

Tədbirdə həmçinin Zikh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirlər.

Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Zikh və Dalit diasporalarının nümayəndələri və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daimi saxlanılması məsələləri müzakirə olunacaq.

Eyni zamanda repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılacaq.

Oxşar xəbərlər

Abbas Abbasov: Zikh Federasiyası ilə əməkdaşlıq Hindistanda etnik azlıqların müdafiəsinə töhfə verəcək
İcraçı direktor: Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək
Beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi kompleksinə səfər ediblər
Beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi kompleksinə səfər ediblər - FOTO
BMT-nin ekspertləri Hindistan hökumətini Zikh əsilli Caqtar Sinq Cohalı azad etməyə çağırıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər