Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı
sizinxeber.az xəbər saytı

Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı


Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.

Sizinxeber.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, əslən Tərtər rayonunun Köçərli kəndindən olan, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovanın meyiti kanalda tapılıb.

Meyit sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

İlkin məlumata əsasən, qadının intihar etdiyi bildirilir. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Faktla bağlı müvafiq orqanlar tərəfindən istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb
Oğuzda 80 yaşlı qadının meyiti kanaldan tapılıb
Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb
Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ağcabədidə kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər