“Bir günün tarixi. 1937-ci il 4 iyun” AzTV-də - VİDEO
Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, AzTV-nin bədii rəhbəri Mehriban Ələkbərzadə “Bir günün tarixi. 1937-ci il 4 iyun” sənədli filmi haqqında fikirlərini bölüşüb.
Bu barədə APA-ya AzTv-dən məlumat verilib.
“Tarixin bir günü”, “Bir günün tarixi” sənədli filmlər silsiləsinin bu dəfəki buraxılışı “Bir günün tarixi” adlanır. Çünki bu dəfə 1937-ci ilin bir günündən – 4 iyun tarixindən danışırıq. Məsələ bundadır ki, həmin dövrdə həbs olunan 29 min insandan yalnız 3-nün taleyinə toxunmuşuq. Çünki onlar bir gecədə Azərbaycanın söz adamlarının, milli kimliyində israrlı olan, Azərbaycan maarifçiliyi üçün böyük əhəmiyyət daşıyan üç işığın sönməsi demək idi. Bunlar Əhməd Cavad, Hüseyn Cavid və Mikayıl Müşfiq idi. Onlar eyni gecədə həbs olunmuşdular.
Bu dəfə 1930-cu illərə, xüsusilə də 1937-ci ilə daha geniş nəzər salacağıq. 29 min insandan məhz bu üç şəxsiyyəti xatırlayacağıq.
Əslində, “yaralardan qan gələr” dediyimiz mənada, həmin vəhşilikləri və dəhşətləri bu gün də özündə ehtiva edən Repressiya Muzeyi var. Təbii ki, muzeyin varlığı və onun özündə saxladığı ab-hava bizə bəllidir. Amma mənə ən çox təsir edən istintaq materialları oldu.
Həmin materiallarda bu üç böyük dahini alçaldan, onların şərəf və ləyaqətinə toxunan həmkarlarının məktubları, donosları, eləcə də atdıqları iftira və böhtanlar yer alırdı. Onlar həmin bulanıq su selinin qarşısında dayana bilmirdilər və verilən işgəncələr səbəbindən etiraf etməyə məcbur qalırdılar. Təbii ki, bu etiraflar yalan idi, sadəcə can qurtarmaq məqsədi daşıyırdı.
Təsəvvür edin ki, milli kimliyimizi, türkçülüyü əks etdirən böyük yazarımız Əhməd Cavad deyir ki, artıq sosializm quruculuğu naminə əsərlər yazacaq. Hüseyn Cavid deyir ki, bəli, mən türkçüyəm, amma başa düşürəm ki, milli kimliyimə və millətimə sevgim başqa millətlərin haqqına girmək deməkdir. Mikayıl Müşfiq isə hətta rəhbərə – Stalinə həsr etdiyi şeirdən sonra yenidən sosializm quruculuğundan, kolxozdan və sovxozdan yazmağa söz verir, fürsət istəyir.
Amma artıq gec idi, çox gec. Çünki onların ədəbi məhkəmələrdən istintaqa və hərbi məhkəməyə gedəcək yolunu müəyyənləşdirən həmkarları var idi. Məhz bu məqam mənə daha çox təsir etdi.
Bu filmin əsas mahiyyəti, məğzi və bəlkə də fərqi ondadır ki, mən bu repressiya qəlibinə salınan insanlara “günahsız qurbanlar” deyə bilmirəm. Onlar repressiyanın günahsız qurbanları deyildilər. Onlar Azərbaycanın milli kimliyinə, maarifçiliyinə işıq daşıyan insanlar idi. Onlar bu repressiya qəlibinə onsuz da düşməli idilər. Sadəcə, onların fiziki yoxluğundan sonra mənəvi həyatları başladı.
Əslində, bizim qazancımız da budur. Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavad həmin sözlərə görə qətlə yetirildi. Amma bu gün biz yenə də həmin himni oxuyuruq. Mikayıl Müşfiq kimi Allah vergisi olan bir şairin bu gün də yolunu davam etdirən, onu sevən və onun yaradıcılığından ilham alan şairlər var.
Bu üç böyük işığın nuru illər keçdikcə sönmədi, əksinə daha da gücləndi. Məhz buna görə də bu dəfəki filmin qəhrəmanları onlardır”, - Mehriban Ələkbərzadə qeyd edib.
Oxşar xəbərlər
“PAŞA Kapital”a yeni Baş İcraçı direktor təyin olunub
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub - FOTO
Rusiya səfiri: “3+3” platformasına üzv ölkələrin XİN başçıları ilə görüşün tarixi razılaşdırılır
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır
Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə start verilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
