"Pro Kredit" BOKT-un xalis mənfəəti 15 %-dən çox azalıb
sizinxeber.az xəbər saytı

"Pro Kredit" BOKT-un xalis mənfəəti 15 %-dən çox azalıb


"Pro Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 77 min manat xalis mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15,4 % azdır.

Ötən il "Pro Kredit"in vergiyəqədərki mənfəəti 96 min manat (illik müqayisədə 8,6 % az), mənfəət vergisi ödəmələri isə 19 min manat (35,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Pro Kredit"in aktivləri 3,206 milyon manat olub ki, bu da illik müqayisədə 5,1 % çoxdur. Bunun 2,595 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 0,6 % böyüyüb.

Hesabat dövründə "Pro Kredit"in öhdəlikləri 3,2 % artaraq 1,892 milyon manata, balans kapitalı isə 8 % artaraq 1,315 milyon manata çatıb.

Xatırladaq ki, "Pro Kredit" BOKT 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri 77,3 % payla Məhəbbət Məmmədov və 22,7 %-lə Rəna Məmmədovadır.

Oxşar xəbərlər

"İdeal Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
MCB BOKT-un xalis mənfəəti 7 %-dən çox azalıb
"Nas Project" BOKT-un xalis mənfəəti 11 % azalıb
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Azmikroinvest" BOKT-un xalis mənfəəti 22 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər