Bolqarıstanın illik qaz istehlakının 60 %-dən çoxu Azərbaycanın payına düşür
Azərbaycandan tədarük edilən təbii qazın ümumi həcmi Bolqarıstanın illik istehlakının 60%-dən çoxunu təşkil edir.
"Report" Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika nazirinin müavini Kirill Temelkov Bakı Enerji Həftəsi çərçivəsində bildirib.
"Bolqarıstan və Azərbaycanın dövlət şirkətləri arasında bağlanmış uzunmüddətli müqavilə çərçivəsində Bolqarıstan daxili istehlak üçün təbii qaz tədarükünün əhəmiyyətli hissəsini təmin edir. Azərbaycandan ölkəmizə tədarük edilən təbii qazın ümumi həcmi illik istehlakımızın 60 %-dən çoxunu təşkil edir. Eyni zamanda, bu həcmin bir hissəsi qonşu ölkələrin bazarlarına paylanır, buna görə də Azərbaycan həm Bolqarıstan, həm də qonşu ölkələrimiz üçün etibarlı və mühüm tərəfdaşdır", - Temelkov deyib.
O əlavə edib ki, Bolqarıstan məhz buna görə bu əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycanın Energetika Nazirliyi ilə fəal danışıqlar aparır.
Temelkov Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi ilə də görüş keçirib.
"Danışıqlar regional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq kəsb edən birgə layihələrin həyata keçirilməsi imkanlarına yönəlib", - məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycan qazı Bolqarıstana Cənub Qaz Dəhlizi və Yunanıstan - Bolqarıstan interkonnektoru vasitəsilə tədarük edilir.
2013-cü ildə 25 il müddətinə imzalanmış saziş ildə 1 milyard kubmetr qazın tədarükünü nəzərdə tuturdu. Lakin enerji böhranı və Sofiyanın artan tələbatı fonunda həcmlər tədricən artırılıb: 2024-cü ildə tədarük 1,896 milyard kubmetrə, 2025-ci ildə isə 1,931 milyard kubmetrə çatıb.
Oxşar xəbərlər
Bolqarıstan Azərbaycanla qaz sahəsində əməkdaşlıqdan elektrik enerjisi layihələrinə keçir - EKSKLÜZİV
Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb
Azərbaycan-Bolqarıstan enerji marşrutu üzrə texniki-iqtisadi əsaslandırması prosesi başlayır
Hüseyn Hüseynov: "Bakı və Sofiya arasında enerji əməkdaşlığı Aİ-nin təhlükəsizliyini gücləndirir"
Bolqarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
