Rusiya Ukraynanın 354 PUA-sını vurub, Beynəlxalq İqtisadi Forumun keçirildiyi Sankt-Peterburqda neft terminalı yanır - FOTO
Ötən gecə Rusiya regionları Ukrayna dronlarının ən böyük hücumlarından birinə məruz qalıb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 354 təyyarə tipli PUA-sını vurub.
Dronların Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Orel, Pskov, Rostov, Smolensk, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası və Azov dənizi üzərində vurulduğu bildirilib.
İlkin məlumatlara görə, Sankt-Peterburqda Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburq Neft Terminalına zərbə endirilib. PUA-nın hücumundan sonra obyektdə yanğın baş verib.
Kronştadtdakı liman infrastrukturuna da hücum edildiyi bildirilib.
Dronların Estoniyanın ərazi sularından Finlandiya körfəzi üzərində son dərəcə aşağı hündürlüklərdə uçuraraq Sankt-Peterburqa zərbə endirdiyi bildirilib.
Xatırladaq ki, bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fəaliyyətə başlayır. Forumun ilk günündə Ukrayna şəhərə və Leninqrad vilayətinə dron hücumu həyata keçirib.
Sankt-Peterburqda PUA hücumu ilə əlaqədar mobil internet kəsintiləri müşahidə olunub.
Qubernator Aleksandr Beqlov hücumun ziyana və tələfata səbəb olduğunu bildirib.
Tambov vilayətinin Miçurinsk şəhərindəki Proqress zavoduna da hücum edilib. Müəssisə təyyarə və raket idarəetmə sistemləri üçün avadanlıq istehsal edir. İlkin məlumatlara görə, PUA hücumundan sonra obyektdə yanğın baş verib.
Oxşar xəbərlər
Rusiya ötən gecə Ukraynanın 556 PUA-sını vurub, bir dronun qalıqları Şeremetyevo aeroportuna düşüb
Rusiya gecə ərzində Ukraynanın 49 PUA-sını vurub
Rusiya ötən gecə Ukraynaya məxsus 28 PUA vurub
Ukrayna ötən gecə Rusiya ərazisinə 337 PUA ilə hücum edib
Rusiya ötən gecə Ukraynanın 105 PUA-sını məhv edib və ələ keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
