“Azərlotereya” 2025-ci ildə 100.7 milyon vergi ödəyib
sizinxeber.az xəbər saytı

“Azərlotereya” 2025-ci ildə 100.7 milyon vergi ödəyib


Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib.

Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 70.3 milyon manat olub.

2025-ci ildə “Azərlotereya”nın satışdan gəlirləri 373,70 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bununla yanaşı, şirkətin xalis mənfəəti 73,9 milyon manat təşkil edib.

2025-ci il ərzində şirkət 4,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 44,6 milyon manatdan 49,4 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2025-ci ilin sonu cəmi aktivləri 130,4 milyon manat təşkil edib. Şirkətin 2024-cü ilin sonunda cəmi aktivləri 115,1 milyon manat olub.

“Azərlotereya”nın cəmi kapitalı 31 faiz artaraq 50,7 milyon manata çatıb. Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından tanış ola bilərsiniz.

Oxşar xəbərlər

"Azərlotereya" 2025-ci ildə 100,7 milyon vergi ödəyib
“Azərlotereya” 2024-cü ildə 92.4 mln. vergi ödəyib
Azərbaycan Mərkəzi Bankı ötən il 724,3 mln. manat mənfəət əldə edib
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
“Bank Melli İran”ın Bakı Filialının mənfəəti 39%-ə yaxın azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər