Qərbi Azərbaycan İcması bu günə qədər beynəlxalq təşkilatlara 120 məktub ünvanlayıb
sizinxeber.az xəbər saytı

Qərbi Azərbaycan İcması bu günə qədər beynəlxalq təşkilatlara 120 məktub ünvanlayıb


Bu günə qədər Qərbi Azərbaycan İcması müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu İcma sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İcmanın 11 sənədi BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb.

"İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə isə 345 bəyanat yayılıb. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkədə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul etmiş və İcmamızın qayıdış hüququnu dəstəkləyiblər".

Oxşar xəbərlər

İcmanın BMT-nin Baş katibinə ünvanladığı məktub qurumun rəsmi sənədi kimi yayılıb
Qərbi Azərbaycan İcması QH Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib
Qərbi azərbaycanlı qadınların müraciəti BMT sənədi kimi yayılıb
QAİ-nin müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
İcma sədri: Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı gənclərdən asılıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər