Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının 16-cı iclası keçiriləcək
sizinxeber.az xəbər saytı

Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının 16-cı iclası keçiriləcək


Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Minsk şəhərində səfərdə olan Baş nazirin müavini Samir Şərifov Belarusun yerli məhsullarının nümayiş olunduğu “Perşı Regional Ticarət Mərkəzi” (Першы рэгіянальны гандлёвы цэнтр) və paytaxtda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi ilə tanış olub.

Sizinxeber.az-nın xəbərinə görə, ziyarət çərçivəsində Baş nazirin müavini “Perşı” ticarət mərkəzində Belarusun müxtəlif regionlarının istehsalı olan qida, tekstil, sənaye və xalq sənətkarlığı nümunələri ilə yaxından tanış olub, iki ölkə arasında daxili bazarın təşkili və yerli brendlərin təşviqi sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evinə baş Samir Şərifov burada “Made in Azerbaijan” brendi altında təqdim olunan milli məhsullarımızın çeşidi, satış dinamikası və yerli istehlakçıların marağı ilə maraqlanıb. Qeyd olunub ki, Azərbaycan Ticarət Evi ölkəmizin iqtisadi və ixrac potensialının Belarusda tanıdılması, həmçinin iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində mühüm platformadır.

Oxşar xəbərlər

İyunda Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Samir Şərifov qırğız həmkarı ilə görüşüb
Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri dəyişib
Overçuk: Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər