Nazir müavini: Enerji səmərəliliyi istiqamətində böyük potensial mövcuddur
sizinxeber.az xəbər saytı

Nazir müavini: Enerji səmərəliliyi istiqamətində böyük potensial mövcuddur


Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə proseslər daha təfərrüatlı və mürəkkəb xarakter daşıyır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi ila bağlı tədbirdə çıxış edərkən energetika nazirinin müavini Elnur Soltanov bildirib.

"Lakin enerji səmərəliliyi istiqamətində hələ də böyük potensial mövcuddur və bu sahə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz enerji səmərəliliyinin inkişafı üçün hüquqi bazanın formalaşdırılması üzərində çalışırıq və bu prosesi demək olar ki, başa çatdırmışıq", - Elnur Soltanov əlavə edib.

Onun sözlərinə görə, hazırda binaların enerji sertifikatlaşdırılması sistemi üzərində intensiv iş aparılır:

"İnanırıq ki, bu prosesə başlamaq və ilin sonunadək tam fəaliyyətə keçmək mümkün olacaq".

Nazir müavini bildirib ki, Azərbaycanda enerji istehlakı 250 kilovatdan 1000 kilovata qədər olan təxminən 500 şirkət, qurum və bina müəyyən edilmişdir. Bu qurumlar və binalar enerji menecerləri təyin etməlidirlər. Energetika Nazirliyi ilə birlikdə artıq yüzə yaxın qurumda bu proses həyata keçirilib və həmin müəssisələrdə enerji menecerləri müəyyən olunub.

"Bu, kifayət qədər mürəkkəb və detallı bir prosesdir. Enerji menecerləri müvafiq imtahanlardan keçməli və peşəkar sertifikatlaşdırılmalıdırlar. Eyni zamanda, həmin 500 qurum üçün hər üç ildən bir enerji auditi keçirilməsi məcburidir. Yəni enerji auditinin aparılması onlar üçün qanunvericiliyin tələbidir.

Mən bunları təsadüfən qeyd etmirəm. Bundan əlavə, Enerji Səmərəliliyi Fondu da yaradılıb. Fondun maliyyələşdirilməsi artıq təmin olunur və biz həmin maliyyə resurslarını enerji səmərəliliyi layihələrinə yönəltməyə çalışırıq", - Elnur Soltanov vurğulayıb.

Oxşar xəbərlər

Bakı Enerji Forumunun ikinci günü işinə başlayıb
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq
Azərbaycan Dünya Bankı ilə batareya enerji saxlama sistemləri üzrə əməkdaşlığı müzakirə edib
Nazir müavini: 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək
Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər