Zəngilanda köməksiz qalmış cüyür balası BMQX əməkdaşlarına təhvil verilib - VİDEO - YENİLƏNİB
Zəngilan rayonunun dağlıq ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhədçilər tərəfindən köməksiz vəziyyətdə aşkarlanmış cüyür balası təhlükəsiz şəraitdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşına təhvil verilib.
****
17:38
Mayın 26-da işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin etibarlı mühafizəsi və müdafiəsi üzrə xidməti-döyüş fəaliyyətini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.
Sizinxeber.az xəbər verir ki, bu barədə DSX-dan bildirilib.
Məlumata görə, hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşmış, sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib:
"Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür".
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır. Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Zəngilanda dağlıq ərazidə köməksiz qalmış cüyür balasını əsgərlər xilas edib - VİDEO
Zəngilanda tapılan cüyür balası ETSN əməkdaşına təhvil verilib - YENİLƏNİB
DSX hərbçiləri Zəngilanda dağlıq ərazidə köməksiz qalan cüyür balasını xilas ediblər
General: Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçında 1 əlahiddə diviziya, 3 hərbi hissə sərhəd mühafizəsinə başlayıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb, 2 nəfər tutulub - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
